Bakı. Trend:
İsrailin müdafiə naziri İsrael Kats hərbçilərə "Madlin" gəmisinin Qəzza zolağının sahillərinə çatmasının qarşısını almaq üçün bütün tədbirləri görməyi əmr edib.
Trend-in məlumatına görə, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.
"Mən İsrail ordusuna "Madlin" adlı nifrət donanmasının Qəzza sahillərinə çatmasının qarşısını almağı və bunun üçün bütün lazımi tədbirləri görməyi tapşırdım. Antisemit Qreta və onun "HƏMAS" təbliğatçı dostlarına açıq şəkildə deyirəm: “Siz geri dönməlisiniz, çünki Qəzzaya çata bilməyəcəksiniz", - deyə o bildirib.
Qeyd edək ki, gəmidə ətraf mühitin müdafiəçisi Qreta Tunberq də daxil olmaqla 12 Fələstini dəstəkləyən fəallar var.