...

108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb - MÜTDA

Cəmiyyət Materials 11 İyun 2025 15:52 (UTC +04:00)
108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb - MÜTDA
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 6-dan bu günə qədər 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Bu barədə Trend-ə MÜTDA-dan məlumat verilib.

Qeyd edək ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Xatırladaq ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti