...

Mən ən yaxın dostumu itirdim - Anar

Cəmiyyət Materials 4 Avqust 2025 13:06 (UTC +04:00)
Mən ən yaxın dostumu itirdim - Anar
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bu taleyin nə cəzasıdır ki, mən dostlarımın dəfn mərasimində çıxış edirəm.

Trend xəbər verir ki, bunu Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

"Mənim üçün Elçin çox vəfalı, etibarlı dost idi. Biz 60 ildir hər gün ya görüşür, ya da telefonla danışırdıq.

Mən bilmirəm, indi kimə zəng edim. Bu da taleyin cəzasıdır ki, dostlarımı dəfn edirəm və dəfnində iştirak edirəm", - Anar deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti