Bakı. Trend:
Məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün indiyədək ölkə üzrə 32 min 371 nəfərin sorğusu təsdiqlənib, 4104 nəfər uşağın sorğusu isə təsdiq gözləyir.
Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 1669 məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Artıq uşaqların 70 faizi məktəbəqədər təhsil müəssisələrinə yerləşib.
Xatırladaq ki, 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə iyulun 18-də start verilib.