...

81 və 160 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir

Cəmiyyət Materials 31 Oktyabr 2025 16:46 (UTC +04:00)
81 və 160 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt ərazisində daha iki marşrut xətti üzrə avtobuslar müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənir.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, noyabrın 1-dən 81 və 160 nömrəli marşrutlarda istismar olunan avtobuslar dəyişdiriləcək.

Köhnə Günəşli və Qaraçuxur qəsəbələrini əlaqələndirən 81 nömrəli marşrut üzrə sərnişinlərin ixtiyarına veriləcək 20 ədəd “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xəttə buraxılması ilə marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Marşrut üzrə gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Binə qəsəbəsini “Koroğlu” metrostansiyası ilə əlaqələndirən 160 nömrəli müntəzəm marşrut üzrə xəttə buraxılacaq 18 avtobus da müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilib. Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə gedişhaqqı 0,70 AZN müəyyən edilib.

Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti