Bakı. Trend:
Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 8 oktyabrdan 13 noyabradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 21 186 nəfər qrip əleyhinə peyvənd olunub.
Onlardan 0-17 yaş aralığı 2 700 nəfər, 18-59 yaş aralığı 14 807 nəfər, 60 yaş və yuxarı isə 3 679 nəfərdir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər.
Əlavə edək ki, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.