...

Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısında dəyişiklik edilib

Cəmiyyət Materials 10 Dekabr 2025 17:14 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısında dəyişiklik edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Uşaq Sosial-Psixoloji Reabilitasiya və İdman Sağlamlıq Mərkəzi (Buzovna qəsəbəsi) büdcədən maliyyələşdirilən qurumların siyahısından çıxarılıb.

Azərbaycan İdman Akademiyası publik hüquqi şəxslərin siyahısına əlavə edilib.

“Astara Gənclər evi” sosial xidmət müəssisəsi, “Füzuli Gənclər evi” sosial xidmət müəssisəsi, “Goranboy Gənclər evi” sosial xidmət müəssisəsi, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsi, “Lənkəran Gənclər evi” sosial xidmət müəssisəsi, “Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsi, “Siyəzən Gənclər evi” sosial xidmət müəssisəsi, “Zərdab Gənclər evi” sosial xidmət müəssisəsi, “Pirallahı Gənclər evi” sosial xidmət müəssisəsi, “Quba Gənclər evi” sosial xidmət müəssisəsi, “Tərtər Gənclər evi” sosial xidmət müəssisəsi büdcədən maliyyələşdirilən qurumların siyahısına əlavə edilib.

“Bakı Olimpiya İdman Kompleksi” MMC, “Neftçala Olimpiya İdman Kompleksi” MMC, “Maştağa Olimpiya İdman Kompleksi” MMC, “Salyan Olimpiya İdman Kompleksi” MMC, “Boradigah İdman Zalı” MMC, “Voleybol Mərkəzi” MMC, “Şüvəlan Ağırlıqqaldırma Mərkəzi” MMC, “Qarabağ İdman Obyektləri” MMC, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti təsərrüfathesablı qurumlarln siyahısına əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti