...

Erməni işğalı dövründə azərbaycanlılara məxsus dini abidələr, qəbiristanlıqlar dağıdılıb - Ombudsman

Cəmiyyət Materials 24 Dekabr 2025 10:51 (UTC +04:00)
Erməni işğalı dövründə azərbaycanlılara məxsus dini abidələr, qəbiristanlıqlar dağıdılıb - Ombudsman
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Artıq suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş ölkəmizdə, xüsusən Qarabağ və Şərqi Zəngəzurda yeni bir dirçəliş ab-havası hökm sürür.

Trend xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

Ombudsman bildirib ki, uzun illər hüquqları kobudcasına pozulmuş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və fundamental hüquqlarının bərpası hər kəsi sevindirir:

“Lakin təəssüflə qeyd etmək istərdim ki, 30 ilə yaxın davam etmiş Ermənistan işğalı dövründə digər infrastruktur obyektləri ilə bərabər, azərbaycanlılara məxsus olan dini abidələr, qəbiristanlıqlar da dağıdılmış və təhqirə məruz qalmışdır.

Hazırda həmin məscidlərin və digər dini abidələrin yenidən qurularaq istifadəyə verilməsinə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən böyük diqqət ayrılması xalqımızın əsrlərdir yaşatdığı dini inanclarına ehtiramın göstəricisidir.

Artıq Azərbaycan dünyada humanitar təşəbbüslər, dini abidələrin inşasına göstərdiyi dəstəklə də tanınır”.

Səbinə Əliyeva bildirib ki, erməni işğalı dövründə məscidlərin, dini abidələrin demək olar ki, hamısı dağıdılaraq məhv edilib, təhqirlərə məruz qalıb, qəbiristanlıqlarda kütləvi şəkildə minalar basdırılıb.

"Ombudsman təsisatı olaraq, məscidlərin, dini abidələrin və qəbiristanlıqların erməni vandalizm aktlarına məruz qalmalarını əks etdirən faktları aidiyyəti hesabatlarımızda əks etdirərək dünya ictimaiyyətinin, o cümlədən müxtəlif dini icma və konfessiyaların diqqətinə çatdırmışıq", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti