...

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Cəmiyyət Materials 24 Dekabr 2025 17:55 (UTC +04:00)
Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Saatlı-Masallı və Qazax-Gəncə şəhərlərarası, eləcə də 140A, 511, 553 və 554 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Saatlı-Masallı marşrutu üzrə fiziki şəxs Ağaşov Əlsafa Tapdıq oğlu;

Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər İsayev Elmar Eldar oğlu və Əhmədov İlqar Elman oğlu;

140A nömrəli şəhərətrafı (Lökbatan qəsəbəsi – Xırdalan dəmiryolu stansiyası) marşrut üzrə hüquqi şəxs "BMH" MMC;

511 nömrəli şəhərətrafı (Aşağı Güzdək qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut üzrə hüquqi şəxs "Güzdək Nəqliyyat" MMC;

553 nömrəli şəhərətrafı (Güzdək qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) və 554 nömrəli şəhərətrafı (Güzdək qəsəbəsi – Lökbatan qəsəbəsi) marşrutları üzrə fiziki şəxs Bayramov Səməd Atakişi oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti