...

Kənd təsərrüfatı sahəsindəki vergi güzəştləri balıqçılığa da şamil ediləcək

Cəmiyyət Materials 29 Dekabr 2025 14:45 (UTC +04:00)
Kənd təsərrüfatı sahəsindəki vergi güzəştləri balıqçılığa da şamil ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2027-ci il yanvarın 1-dək müddətində kənd təsərrüfatı məhsullarının (xarici mənşəli balıq məhsulları istisna olmaqla) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Həmçinin, Vergi Məcəlləsinin kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə bağlı müddəaları balıqçılığa (balıq kürüsünün istehsalı istisna olmaqla) da şamil ediləcək.

Emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları Vergi Məcəlləsinin məqsədləri üçün kənd təsərrüfatı məhsullarına bərabər tutulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti