Bakı. Trend:
Yanvarın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti
olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə
sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil
edəcək.
Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti,
dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta,
gündüz 2-6 dərəcə şaxta olacaq.
Yollar buz bağlayacaq.
