Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə və müəssisə rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə vətəndaşların növbəti qəbulunu keçirib.
Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər.
Müraciətlər məşğulluq, əlillik dərəcəsinin təyin edilməsi və digər sosial sahələri əhatə edib.
Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll olunub. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.