Bakı. Trend:
Yüksək Günəş aktivliyi nəticəsində planetar miqyasda maqnit qasırğalarının başlanğıcı qeydə alınır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş–Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
“Mövcud mərhələdə səviyyə G1 (zəif qasırğalar) təşkil edir, lakin gün ərzində G2–G3 səviyyəsinədək yüksəlmə mümkündür. Bu qasırğalar kəskin şəkildə ifadə olunmuş tək bir səbəbə malik deyil və ayın əvvəlindən müşahidə olunan son dərəcə yüksək Günəş aktivliyinə Yer maqnitosferinin ümumi reaksiyasıdır”, – məlumatda bildirilir.
Qeyd olunur ki, maqnit qasırğasına 2 fevralda son 1,5 il ərzində baş vermiş ən güclü X8.1 sinifli alışma zamanı kosmosa atılmış plazma buludunun kənarının Yerə çatması səbəb olub.
