...

Bu istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Cəmiyyət Materials 11 Fevral 2026 17:45 (UTC +04:00)
Bu istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bir neçə istiqamətdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Şəki, Bakı–Lənkəran və Sumqayıt–Horadiz, Sumqayıt–Ağsu, Gəncə–Yevlax, Yevlax–Gəncə və Qazax–Mingəçevir, Qazax–Tərtər, Mingəçevir–Ağdam (Dəmiryol və avtovağzal kompleksi), Mingəçevir–Qəbələ, Mingəçevir–Ağcabədi və Şəki–Bərdə, Qəbələ–Şəki, Qəbələ–Mingəçevir, Oğuz–Bərdə, Gəncə–Zaqatala, Bərdə–İmişli və İmişli–Sumqayıt istiqamətində lotlara baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti