Yevlax. Trend:
Yevlax şəhərində özünə bıçaqla xəsarət yetirən şəxs xəstəxanaya yerləşdirilib.
Trend-in yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsi, ev 38 ünvanında baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Hüseynov Elçin Həmzə oğlu naməlum səbəbdən özünə bıçaqla xəsarət yetirib.
Yaxınları dərhal onu Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.
