...

TQDK-NİN SƏDRİ İMTAHAN TESTLƏRİNİN ÇƏTİNLİYİ BARƏDƏ YAYILAN MƏLUMATLARI TƏKZİB EDİR

Cəmiyyət Materials 21 İyun 2005 17:21 (UTC +04:00)
TQDK-NİN SƏDRİ İMTAHAN TESTLƏRİNİN ÇƏTİNLİYİ BARƏDƏ YAYILAN MƏLUMATLARI TƏKZİB EDİR

Tələbə qəbulu üzrə Dövlət komissiyasının (TQDK) tərtib etdiyi test tapşırıqları yalnız hazırlaşmamış tələbələr üçün çətindir, hazırlaşan tələbələr üçün bunlar o qədər də çətin deyil. Trend agentliyi xəbər verir kiÖ iyunun 21-də keçirilən brifinqdə bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə həmin məlumatları şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, tapşırıqlar yüksək səviyyəli ekspertlər tərəfindən dərsliklər əsasında tərtib edilir və AR təhsil nazirliyi ilə razılaşdırılır.TQDK -nın sədri həmçinin bildirib ki, hər il imtahanlardan sonra bütün testlər açıq sərbəst ekspertizadan keçirilir və cavablar suallarla uyğunluq təşkil etmədiyi hallarda, müvafiq olaraq, məsələ düzgün cavablandırmış abituriyentlərin xeyrinəhəll edilir.

M.Abbaszadə həmçininölkənin təhsil nazirliyinin magistraturaya qəbul üçün sualların qeyri-professional hazırlanmasına dair məsələ qaldırması barədə yayılan məlumatları da təkzib edib.TQDK sədrinin sözlərinə görə, nazir özü onunla telefon söhbəti zamanı guya nazirlikdə keçirilən iclasda qaldırılmış məsələ barədə yayılan həmin məlumatı təkzib edib.

Xəbər lenti

Xəbər lenti