" İyunun 27-28-də Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin İsrailə səfəri zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığa dair razılıq əldə olunmuşdur". Bunu İsrailin Azərbaycandakı səfiri Eytan Nahe Trend ə bildirmişdir.
Onun sözlərinə görə, qarşıdakı aylarda bu razılaşmanın iki ölkə arasında əməkdaşlığa dair sazişə çevriləcəyi gözlənilir. Səfər çərçivəsində gənclər, idman və turizm naziri Əbülfəz Qarayev İsrailin təhsil, mədəniyyət və idman naziri Limor Livnat, turizim naziri Avraham Hirçson və bu ölkənin milli olimpiya komitəsinin rəhbəri Svi Barşavsyak, eləcə də bir sıra dövlət rəsmiləri ilə görüşmüşdür.
Azərbaycanlı nazir, həmçinin İsrailin bir sıra şəhərlərində səfərdə olmuş, idman kompleksləri və təhsil müəssisələrinə baş çəkmişdir.
Bu gün gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin vətənə dönəcəyi gözlənilir.