...

KÜVEYTİN TURİZM ÜZRƏ NAZİR MÜAVİNİ AZƏRBAYCANA GƏLƏCƏK

Cəmiyyət Materials 11 İyul 2005 18:16 (UTC +04:00)

İyulun 12-də Küveytin informasiya nazirinin turizm məsələləri üzrə müavini xanım Nəbilə Mübarək Ənzərin Azərbaycana səfərə gələcəkdir.

Bu haqda Gənclər, İdman və Turizm Nazirliyi Turizm baş İdarəsinin informatika idarəsinin rəisi Xanoğlan Güləliyev Trend ə müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, iyulun 17-dək davam edəcək səfər müddətində xanım Ənzərin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər geçirəcəkdir.

"Səfərin proqnramına gənclər, idman və turizm naziri Əbülfəs Qarayev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva görüş, eləcə də Azərbaycanın bir sıra turizm obyektlərinə, o cümlədən Quba və Xaçmaz bölgəsinə səfəri planlaşdırılmışdır.

Səfərin yekunu olaraq Azərbaycan və Küveytin turizm idarələri arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması planlaşdırılmışdır"-deyə Xanoğlan Güləliyev bildirmişdir.

Xəbər lenti

Xəbər lenti