...

BAKIDA BİOLOJİ TƏHLÜKƏSİZLİK ÜZRƏ REGİONAL FORUM KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 11 Avqust 2005 17:51 (UTC +04:00)

Avqustun 12-də Bakıda "Şərq-Şərq" proqramı çərçivəsində "Azərbaycanın bioloji müxtəlifliyi ilə bağlı qanun lahiyəsinin müzakirəsində ictimaiyyətin iştirakı" mövzusunda ikigünlük forum öz işinə başlayacaq.

Bu barədə Trend məlumat verib. Forumda Azərbaycan, Gürcüstan, Rusiya, Bolqarıstan, Ukrayna, Qırğızıstan və digər ölkələrdən olan ekspertlər iştirak edəcəklər. Tədbirdə ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırovun da iştirakı nəzərdə tutulub.

Regional tədbirdə göstərilən qanun layihəsi ilə bağlı, eləcə də bioloji təhlükəsizliiyn təminatı ilə bağlı hüquqi əsasların əhəmiyyəti barədə çıxışlar olacaq. Forumda həmçinin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına birləşməsi prosesində ictimaiyyətin iştirakının və əhalinin bioloji təhlükəsizliyinin təminatı, Qafqazda bioloji təhlükəsizlik və digər məsələlər də müzakirə ediləcək.

Bundan başqa, iştirakçılar genetikasında dəyişikliklər olan orqanizmlər və onların yaratdıqları problemlər barədə məlumat alacaqlar.Ekspertlərin fikrincə, Azərbaycanın genetik ehtiyatları təhlükə qarşısındadır və bunun qarşısını almaq üçün əhalinin maarifləndirilməsinə böyük zərurət var.

Forumun yekunları üzrə qətnamə qəbul ediləcək. Tədbir Azərbaycanda ekoloji standartlar monitorinq Fondunun və Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti