...

"AZƏRREYL" ÇEMPİONLAR LİQASININ QRUP MƏRHƏLƏSİNDƏ İLALİYA KOMANDASI İLƏ QARŞILAŞACAQ

Cəmiyyət Materials 13 Avqust 2005 13:46 (UTC +04:00)

İtaliyanın "Pallavolo Sirio" voleybol klubu çempionlar liqasının qrum mərhələsində "Azərreyl"in rəqibi olub.

Trend in məlumatına görə, Vyanada keçirilən püşk atmanın nəticələrinə əsasən Faiq Qarayevin yetirmələri birinci mərhələdə İspaniyanın "Tenerife", İstambulun "Vaqifbank" və Polşanın "Kalisiya" komandaları ilə qarşılaşacaq. Maraqlıdır ki, voleybolçularımız sonuncu komanda ilə keçən qrup mərhələsindəki görüşdə qələbə qazanmışdılar. Yarmqrupdan növbəti raunda vəsiqəni birinci yeri tutmuş üç komanda qazanacaq.

Eyni zamanda "A" qrupunda Berqamonun "Foppapedretti", İspaniyanın "Otel kantur", Yekaterinburqun "Uraloçka", Portuqaliyanın SAT və İstambulun Əczaçıbaşı komandaları mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti