...

YUNESKO AZƏRBAYCANI TƏHSİL İSLAHATLARININ AVROPA MƏRKƏZİ GÖRMƏK İSTƏYİR

Cəmiyyət Materials 23 Avqust 2005 18:16 (UTC +04:00)

YUNESKO Azərbaycanı təhsil sahəsində islahatların Avropa mərkəzi görmək istəyir. Trend in məlumatına görə, bu barədə avqustun 23-də YUNESKO-nun təhsil siyasəti və strategiyası departamentinin direktoru Mir Əsgər Hüseyn Azərbaycanın Təhsil Nazirliyində keçirilmiş görüşdə bildirib.

YUNESKO təhsil sistemində qlobal islahatların keçirilməsində Azərbaycana hərtərəfli yardım etməyi planlaşdırır. Təhsil siyasəti, kadrların hazırlanması sistemi və dərs proqramlarının təkmilləşdirilməsinə, o cümlədən ali təhsil müəssisələrinin Boloniya prosesinə keçməsinə ehtiyac var. Bu sahədə beynəlxalq təşkilat texniki yardım göstərəcək", - deyə YUNESKO nümayəndəsi qeyd edib.

O, Azərbaycanda təhsilin indiki səviyyəsini orta qiymətləndirib. Onun sözlərinə görə, qısa müddət ərzində ölkə bəzi nəticələr əldə etsə də, hələ bu sahədə çox işlər görülməlidir.

Nazir Misir Mərdanovun bildirdiyinə görə, Azərbaycanın Təhsil Nazirliyi YUNESKO ilə əməkdaşlığın inkişafına dair memorandum imzalayacaq. Sənəd avqustun 24-də YUNESKO-nun baş katibinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq. Xatırladaq ki, M.Ə.Hüseyn YUNESKO nümayəndə heyətinin tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti