...

TƏHSİL NAZİRLİYİ MƏKTƏB DİREKTORLARININ SEÇİLMƏSİNİN YENİ QAYDALARINI HAZIRLAYIB

Cəmiyyət Materials 22 Sentyabr 2005 15:19 (UTC +04:00)

Təhsil Nazirliyi məktəb direktorlarının seçilməsinin yeni qaydalarını hazırlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib.

Onun sözlərinə görə, bu gün məktəb direktorları icra hakimləri tərəfindən təyin olunur. "Bunun bizim üçün o qədər də əhəmiyyəti yoxdur. Əsas kimin direktor təyin olunmasıdır. Məktəb direktorları adamlarla işləməyi bacarmalı, öz işini bilməlidir. Yeni qaydalarda kadrların hazırlanması və onların ixtisaslarının artırılması üçün xüsui kursların və seminarların təşkil olunması nəzərdə tutulub. Bu işdə beynəlxalq təşkilatlar da bizə yardım edəcək. Yeni qaydaların layihəsi artıq hökumətin müzakirəsinə verilib", - deyə nazir bildirib.

Ali məktəblərə rektorların təyin olunmasına gəldikdə, o qeyd edib ki, onların həmin müəssisələrin kollektivi tərəfindən seçilməsi qeyri-mümkündür. M.Mərdanovun fikrincə, rektorlar hazırda olduğu kimi, prezident tərəfindən seçilməlidirlər.

Xəbər lenti

Xəbər lenti