"Öz mükafatlar kolleksiyamı doldurmağa çalışdığım dünya çempionatı mənim üçün yaxşı stimul olacaq". Bu barədə Trend ə yunan -Roma döyüşü üzrə Azərbaycan yığmasının hazırki lideri Vitali Rəhimov bildirib.
Avropa çempionu etiraf edib ki, bu il onun üçün kifayət qədər uğurlu olub. Buna baxmayaraq, O, Macarıstandakı yarışlara daha böyük ümidlər bəsləyir. "Hər bir atlet bu cür nüfuzlu yarışda qələbəyə can atır və mən də istisna deyiləm. Bu dəfə mübarizə aparmaq daha çətin olacaq, axı indi rəqiblər mənimlə döyüşmək üçün xüsusi əhval-ruhiyyədədirlər", - deyə V.Rəhimov bildirib.