...

ALPİNİST İSRAFİL AŞURLU KOMMUNİZM ZİRVƏSİNƏ QALXMAĞI TƏXİRƏ SALIB

Cəmiyyət Materials 28 Sentyabr 2005 17:04 (UTC +04:00)

Azərbaycanlı alpinist İsrafil Aşurlu əfsanəvi Kommunizm zirvəsinə qalxa bilməyib.

Respukblika alpinistlər klubunun rəhbəri Saridan Mursaqulovun Trend ə bildirdiyi kimi, zirvəyə qalxmağa pis hava şəraiti mane olub. "Məsələ burasındadır ki, İsrafil ekspedisiyaya dağ mövsümü başa çatarkən başlayıb. Buna görə də o, məqsədinə çata bilməyib. İndi İsrafil Kommunizm zirvəsinə çıxmaq üçün gələn ili gözləməlidir", - deyə S.Mursaqulov qeyd edib.

Xəbər lenti

Xəbər lenti