...

Otüstü xokkey üzrə qadın yığmasının rəqibləri dünya çempionatı seçmə turnirinin püşkatmasını gözləyir

Cəmiyyət Materials 15 Oktyabr 2005 12:35 (UTC +04:00)

Azərbaycanın otüstü xokkey üzrə qadın yığması oktyabrın 16-da Vilnüsdə keçiriləcək püşkatmadan sonra dünya çempionatının seçmə turundakı rəqiblərini tanıyacaq.

Trend in məlumatına əsasən, Adil Paşayevin yetirmələri təsnifat mərhələsində Avropa yarışlarının finalına düşmək uğrunda mübarizəni davam etdirən İtaliya, Şotlandiya, İngiltərə, Fransa, İrlandiya və Ukrayna ilə görüşə bilər. Həmçinin Çin, Yaponiya, Koreya, ABŞ və digər komandalarla qələbə iddiaları qarşıdadır.Buna görə də mundialın həlledici mərhələsində çıxış etmək hüququnu Romada seçmənin yekunlarına əsasən, yalnız altı komanda alacaq.

Xatırladırıq ki, Azərbaycan yığması Bakı turnirindən sonra İtaliyada çıxış etmək hüququ alıb.Komanda burada birinci yeri tutaraq Avropa çempionatı təsnifat yarışlarının qalibi oldu.

Xəbər lenti

Xəbər lenti