...

"Araz" futzal üzrə çempionlar Liqasında çıxış edəcək

Cəmiyyət Materials 17 Oktyabr 2005 18:00 (UTC +04:00)

"Araz" futzal klubu oktyabrın 17-də Bosniya və Herseqovinada keçiriləcək çempionlar Liqasının seçmə turunda öz çıxışına başlayacaq.

Trend bildirir ki, yarışların reqlamentinə əsasən, komanda ilk oyununu yarışın favoritlərindən biri hesab edilən "Morlanvels"ə (Belçika) qarşı keçirəcək.Növbəti gün "Araz" meydan sahibləri "Karaki Mostar", son turda isə Hollandiyanın "De Hommel" klubu ilə qarşı-qarşıya gələcək.Avropa kubokunun final mərhələsinə cəmi bir komandanın çıxacağı nəzərə alınmaqla Azərbaycan çempionu yüksək yerlər uğrunda fövqəladə çətinliklə mübarizə aparacaq.

Maraqlıdır ki, Azərbaycanın hələlik heç bir klubu Avropa kubokunun seçmə mərhələsini aşa bilməyib.

Xəbər lenti

Xəbər lenti