...

Azərbaycanın Ekologiya Nazirliyi "quş qripi"nin ölkəyə yayılmasının qarşısını almaq üçün tədbirlər görür

Cəmiyyət Materials 24 Oktyabr 2005 13:58 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi "quş qripi"nin ölkəyə yayılmasının qarşısını almaq üçün tədbirlər görür. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 24-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

Onun sözlərinə görə, Asiyanın cənub-şərq ölkələrində, o cümlədən Rusiya və Qazaxıstanda "quş qripi"nin yayılması ilə əlaqədar ölkəyə gələn vəhşi quşların qanlarının analizini aparmaq məqsədilə oktyabrın 11-dən etibarən bir ay ərzində quş ovu qadağan edilib. Nazirliyin mütəxəssisləri profilaktik tədbirlər çərçivəsində Abşeronda, Şirvan, Ağ Göl Milli parklarında, Qızılağac dövlət təbii qoruğunda, Xəzər dənizinin sahilboyu regionlarında monitorinqlər aparıb.

Nazirliyin ətraf mühiti mühafizə departamentinin mütəxəssisləri, Azərbaycan Ovçular Cəmiyyətinin nümayəndələri qeyd ediblər ki, aparılmış vizual monitorinqlərin yekunlarına görə, ölkədə "quş qripi"nin yayılma halları muşahidə olunmur.

Xəbər lenti

Xəbər lenti