...

Ekologiya Nazirliyi Naxçıvan Muxtar Respublikasında "Başkənd" qızıl yatağına dair hesabat hazırlayır

Cəmiyyət Materials 2 Noyabr 2005 14:08 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi Naxçıvan Muxtar Respublikasında "Başkənd" qızıl yatağına dair hesabat hazırlayır. Bu barədə Trend ə nazirlikdən məlumat verilib. Sənəd ilin sonuna kimi hazırlanaraq Dövlət Ehtiyat Fonduna təqdim ediləcək.

"Başkənd" yatağının qızıl ehtiyatı 3,5-4 ton həcmində qiymətləndirilir.

"Xarici şirkətlər və fiziki şəxslər bu qızıl yatağına maraq göstərir", - deyə nazirlikdən bildirilib.

Geoloqlar hesab edirlər ki, "Başkənd" qızıl yatağı kiçik xərclərin ödənilməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti