...

Azərbaycanın və Rusiyanın milli elmlər akademiyaları əməkdaşlığa dair müqavilə imzalayacaq

Cəmiyyət Materials 6 Dekabr 2005 18:09 (UTC +04:00)

Dekabrın 21-25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndə heyəti Rusiyada Azərbaycan ili çərçivəsində Moskvada AMEA və Rusiya elmlər Akademiyası (REA) rəyasət heyətlərinin birgə iclasında iştirak edəcək. Bu barədə Trend ə AMEA-da bildirilib.

Tədbirdə Azərbaycanı AMEA-nın prezidenti Mahmud Kərimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Tədbirdə REA və AMEA arasında əməkdaşlığa dair müqavilənin imzalanması, qarşıdakı birgə elmi-tədqiqat işlərinin planının təsdiqi kimi məsələlər nəzərdə tutulur. Azərbaycan və Rusiya alimləri iki ölkə arasında əməkdaşlığın inkişafında maraqlıdır.

Xəbər lenti

Xəbər lenti