...

"Yeni fikir" gənclər təşkilatı sədrinin və digər 3 üzvünün cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir

Cəmiyyət Materials 9 Dekabr 2005 13:45 (UTC +04:00)

Dekabrın ikinci yarısında "Yeni fikir" Gənclər Təşkitanının sədri Ruslan Bəşirlinin və təşkilatın digər üç üzvünün cinayət işi üzrə ibtidai istintaq başa çatacaq. Bu barədə Trend ə R.Bəşirlinin vəkili Elçin Qəmbərov məlumat verib.

Vəkil bildirib ki, iş üzrə şahidlər dindirilib və artıq istintaq hərəkətlərinin son mərhələsidir. R.Bəşirliyə və digər 3 nəfərə qarşı iləri sürülmüş ittiham kifayət qədər ağır olduğu üçün məhkəmə baxışı da Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Rsepublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçiriləcək. Vəkil iş materiallarının dekabrın sonuna qədər məhkəməyə göndəriləcəyini də istisna etməyib.

Qeyd edək ki, Ruslan Bəşirli və digər 3 nəfər Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 278-ci (Dövlət çevrilişinə cəhd) maddəsi ilə təqsirləndirilir.

Xəbər lenti

Xəbər lenti