...

Azərbaycanın qılınc oynatma komandası Tehrana yola düşür

Cəmiyyət Materials 13 Dekabr 2005 13:57 (UTC +04:00)

Azərbaycanın qılınc oynatma komandası iranlı rəqibləri ilə yoldaşlıq görüşləri keçirmək üçün dekabrın 15-də Tehrana yola düşür.

Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmmədovun Trend ə verdiyi məlumata görə, kollektivin tərkibinə qılınc oynadanlar Rəhim və Ramin Əmirovlar, Ruslan Əzizov, Elnur Qurbanov, Hafiz Quliyev və Nihad Qurbanov daxildir. "Yoxlama görüşlərindən sonra komandanın Tehranda məşq oyunları keçirəcəyi planlaşdırılır. Bundan başqa qılınc oynadanlarımıza yarış təcrübəsi lazımdır", - deyə Y.Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti