...

Vəkil Aslan İsmayılov "Bakı Poladtökmə" ATSC sədrinin saxlanması ilə əlaqədar mətbuat konfransı keçirib

Cəmiyyət Materials 13 Dekabr 2005 17:46 (UTC +04:00)

"Bakı Poladtökmə" Açıq Tipli Səhmdar Cəmiyyətinin (ATSC) sədri Nurəddin Zülfüqarlıya qarşı irəli sürülmüş ittihamlar əsassızdır". Trend xəbər verir ki, bu barədə N.Zülfüqarlının vəkili Aslan İsmayılov mətbuai konfrasda bildirib.

Vəkilin sözlərinə görə, hazırda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Nurəddin Zülfüqarlıya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2 (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

"Nurəddin Zülfüqarlıya qarşı irəli sürülən ittiham ondan ibarətdir ki, guya o, Bakı şəhər sakini Afət Əliyevanı hədələyərək sonuncudan külli miqdarda pul tələb edib. Lakin qeyd edim ki, Afət Əliyevanın rəhbəri olduğu "Palma" İstehsalat Kommersiya firmasının "Bakı Poladtökmə" Açıq Tipli Səhmdar Cəmiyyətinə külli miqdarda borcu olub. 2002-ci ildə İqtisad Məhkəməsi həmin məbləğin "Palma" İstehsalat Kommersiya firmasından tutularaq "Bakı Poladtökmə" ATSC-nin hesabına keçirilməsi barədə qərar çıxarıb", - deyə A.İsmayılov bildirib.

Vəkil onu da bildirib ki, Nurəddin Zülfüqarlı ilə birlikdə qardaşları Rövşən və Loğman, o cümlədən, "Bakı Poladtökmə" zavodunun baş mühasibi də saxlanılıb.

Xəbər lenti

Xəbər lenti