...

Azərbaycanın Ekologiya Nazirliyi quş ovu üzərində qadağanı ləğv edə bilər

Cəmiyyət Materials 15 Dekabr 2005 16:27 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyi "quş qripi" ilə əlaqədar ölkədə quş ovu üzərinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı Dövlət Baytarlıq Xidmətinə müracfəit edib. Bu barədə Trend ə Nazirliyin bioloji müxtəlifliyin qorunması və xüsusilə mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin rəhbəri Sədaqət Məmmədova məlumat verib.

Onun sözlərinə görə, qadağanın daha bir ay müddətinə uzadılması bu idarənin rəyindən asılıdır. "Hazırda Rusiyüa və Türkiyənin ərazisində quş ovuna qoyulan qadağa ləğv edilib. Azərbaycanda da belə qərarın qəbul ediləcəyi istisna edilmir. Belə ki, indiyə qədər "quş qripi"nin mövcudluğu barədə heç bir fakt aşkar edilməyib, - deyə o bildirib.

Noyabrın 11-də Nazirliy quş ovuna qadağanın daha bir ay (dekabrın ortalarına qədər) uzadılması barədə qərar qəbul etmişdi. İndiyə kimi quşların köçdüyü Nazirliyin mütəxəssisləri tərəfindən gücləndirilmiş nəzarət davam edir.

Xəbər lenti

Xəbər lenti