...

Zəvvarların ilk qrupu dekabrın 25-də Həccə yola düşəcək

Cəmiyyət Materials 23 Dekabr 2005 12:17 (UTC +04:00)

Azərbaycandan Həccə gedən zəvvarların ilk qrupu dekabrın 25-də yola düşəcək. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bildirilib.

İlk qrup avtobuslarla Səudiyyə Ərəbistanına yola salınacaq. Avtobuslar İpan-Tüpkiyə-Supiya-İopdaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə hərəkət edəcək. QMİ-də bildirilib ki, yolüstü zəvvarlar müsəlman aləmində müqəddəs olan yerləri də ziyarət edə biləcəklər.

Xəccə hava yolu ilə gedənlər dekabrın 31-də yola düşəcək. Bu Həcc mövsümündə QMİ xəttilə təxminən 2500 mömin Həcc ziyarətinə gedəcək. Bunlardan 1646 zəvvar avtobuslarla Həccə yola düşəcək. Qalan zəvvarlar isə təyarələrlə gedəcək. Zəvvarlar müvafiq olaraq yola düşəndən 17- 23 gün sonra qayıdacaqlar.

Ümumiyyətlə Azərbaycan üçün 2800 yerlik kvota ayrılıb, bundan 2600 yer Azərbaycan vətəndaşları, 200 yer isə ölkədə yaşayan xarici vətəndaşlar üçün nəzərdə tutulub. Avtobularla həcc ziyarətinə gedənlər üçün bu, $ 1320, "Boinq 737" təyyarələrində gedənlər üçün isə $ 2100 başa gəlir.

Bu il QMİ ilə birgə Azərbaycanın 3 turizm firması da Məkkəyə Həcc ziyarəti üçün imkanlar yaradır. Bunlar "TUR", "Karvan D" və "Prezident" şirkətləridir. QMİ bu şirkətlərə 300 yerlik kvota ayırıb.

Xəbər lenti

Xəbər lenti