...

Nəsimi rayon məhkəməsi Vəkillər Kollegiyasına qarşı şikayəti geri qaytarıb

Cəmiyyət Materials 6 Yanvar 2006 16:41 (UTC +04:00)

Nəsimi rayon məhkəməsi Azərbaycan Hüquqşünaslar Forumunun (AHF) həmsədri İntiqam Əliyevin Vəkillər Kollegiyasına qarşı şikayətini geri qaytarıb. Bu barədə Trend ə İntiqam Əliyev məlumat verib.

Qeyd edək ki, İntiqam Əliyev "Vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliyi əsas götürərək ixtisas imtahanı vermədən yeni Vəkillər Kollegiyasına üzv qəbul olmaq üçün müraciət edib. Lakin Vəkillər Kollegiyasının Rəyasət Heyəti onun bu müraciətinə imtina cavabı verib. İ.Əliyev Rəyasət Heyətinin həmin qərarından Nəsimi rayon məhkəməsinə şikayət vermişdi.

Nəsimi rayon məhkəməsinin hakimi T.Mahmudov Vəkillər Kollegiyasından verilmiş şikayət üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb. Hakim bildirib ki, Vəkillər Kollegiyasına üzvlüyə qəbuldan imtina Rəyasət Heyəti üzvlərinin şəxsi mülahizə və iradələri ilə bağlı olan məsələdir və bunun da məhkəmə qaydasında baxılması yolverilməzdir.

İ.Əliyev hakimin bu qərarı ilə razılaşmadığını bildirib. Hakimin qərarından verdiyi apellyasiya şikayətində hüquqşünas qanunsuz qərarın ləğvi ilə yanaşı qanunsuzluğa yol verən hakimin cinayət müsuliyyətinə cəlb edilməsi ilə bağlı materialların hüquq-mühafizə orqanlarına göndərilməsi istəyir.

Xəbər lenti

Xəbər lenti