...

Avropa ölkələrinin təhsil nazirlərinin görüşündə Azərbaycanı Təhsil nazirliyinin nümayəndə heyəti təmsil edir

Cəmiyyət Materials 9 Yanvar 2006 14:26 (UTC +04:00)

Azərbaycanın Təhsil nazirliyinin nümayəndə heyəti Avropa ölkələrinin təhsil nazirlərinin yanvarın 9-dan 13-dək Londonda keçiriləcək görüşündə iştirak edir. Nazirlikdən Trend ə verilən məlumata görə, görüş müasir informasiya və kommunikasiya texnologiyalarının məktəblərdə tətbiqinə həsr olunub.

Sammitdə nümayəndə heyətləri ölkələrindəki problemlərə, məktəblərin inkişafı perspektivlərinə, müasir texnologiyaların tətbiqinə dair fikir mübadiləsi aparacaq. Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti yerli məktəblərə baş çəkəcək, burada müasir texnologiyalardan istifadə qaydaları ilə tanış olacaq.

Xatırladaq ki, prezidentin sərəncamı ilə Azərbaycanda ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchiz olunması üzrə dövlət proqramı hazırlanıb və həyata keçirilir. Proqramın 3 il ərzində reallaşdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti