...

Dorota Svineviç: ""AzərReyl"i məğlub etmək bizim lider olmağımıza imkan verəcək"

Cəmiyyət Materials 9 Yanvar 2006 16:27 (UTC +04:00)

"AzərReyl"lə qarşılaşma Bakıdakı məğlubiyyətimizi nəzərə alsaq, bizim üçün prinsipial əhəmiyyət daşıyacaq". Trend in xəbər verdiyi kimi, bu barədə "Pallavolo Sirio" komandasının aparıcı voleybolçusu Dorota Svineviç yanvarın 11-də Perucada keçiriləcək Çempionlar Liqasının 8-ci turunun oyunları ərəfəsində bəyan edib.

Polşa yığmasının oyunçusu hesab edir ki, Faiq Qarayevin yetirmələrinə qalib gəlmək onların "B" qrupunda lider olmağına imkan verəcək. "Biz artıq "AzərReyl"lə pley-off mərhələsində çıxış etmək hüququ əldə etmişik, amma oyun xatirinə oynamaq niyyətində deyilik. Qrupun qalibi isə pley-off mərhələsində "B" yarımqrupundan zəif rəqiblə qarşılaşacaq", - deyə o qeyd edib.

Qeyd etmək lazımdır ki, oynanılmış 8 turdan sonra dəmiryolçular italyanlardan bir xal geridədir.

Xəbər lenti

Xəbər lenti