...

Məkkədə bir azərbaycanlı zəvvar vəfat edib

Cəmiyyət Materials 12 Yanvar 2006 16:04 (UTC +04:00)

Yanvarın 12-nə keçən gecə Məkkədə bir azərbaycanlı zəvvar ürək çatışmazlığından dünyasını dəyişib. Bu barədə Trend ə yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Ənənəyə əsasən, Kürdəxanı qəsəbəsinin sakini 51 yaşlı Əzizbala Mirzəyev QMİ-nin Həcc idarəsi və Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin dəstəyilə Məkkə qəbiristanlarından birində dəfn olunub.

Qeyd edək ki, yanvarın 13-dən başlayaraq Aərbaycan zəvvarları vətənə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti