...

30 xarici və yerli şirkətdə həmkarlar təşkilatları yaradılacaq

Cəmiyyət Materials 8 Fevral 2006 15:11 (UTC +04:00)

2800 işçinin çalışdığı "Azfen" şirkətində həmkarlar təşkilatı yaradılacaq. Trend xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili bildirib.

AHİK sədri onu da bildirib ki, ölkəmizdə fəaliyyət göstərən 30-dan artıq xarici və yerli şirkətdə həmkarlar təşkilatlarının yaradılması ilə bağlı danışıqlar aparılır: "Yaxın günlərdə bu məsələ öz həllini tapacaq". S.Mehbalıyev bildirib ki, belə təşkilatların yaradılmasında işçilərin özləri təşəbbüs göstərməlidirlər. Çünki qanun buna yol verir: "Ancaq bəzi fəhlələr nədənsə qorxurlar, çəkinirlər, hüquqlarını başa düşmürlər deyə bu məsələdə passivlik nümayiş etdirirlər".

S.Mehbalıyev onu da vurğulayıb ki, Əmək və Sosial Akademiyasının nəzdində 10 və 3 günlük kurslar təşkil olunub: "İnsanlara bu kurslarda əmək hüquqları başa salınır, Əmək Qanunvericilik Məcəlləsində onlara aid olan maddələr öyrədilir və s."

Xəbər lenti

Xəbər lenti