Dünya bankı növbəti 4 il ərzində Azərbaycana göstəriləcək yardım haqqında konsepsiya layihəsinin hazırlanmasına başlamağa hazırdır. Təhsil nazirliyindən Trend ə verilən məlumata görə, bu barədə DB-nin Azərbaycan üzrə aparıcı iqtisadçısı Kristian Petersen nazir Misir Mərdanovla görüşündə bəyan edib.
Onun sözlərinə görə, layihə razılaşdırıldıqdan sonra baxılmaq üçün onun maliyyələşdirilməsinə dair qərar verməli olan DB rəhbərliyinə təqdim edilməlidir. K.Petersen Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən, o cümlədən təhsil sahəsində aparılan islahatlardan razılığını bildirib. "DB bu sahədə Azərbaycana yardım göstərməkdə davam edəcək", - deyə o qeyd edib.
M.Mərdanov DB nümayəndələri ilə görüşdə bəyan edib ki, Azərbaycan bankla təhsil sahəsinin inkişafı layihəsinin 2-ci mərhələsində də əməkdaşlığı davam etdirməyə hazırdır. O, ölkədə təhsil sisteminin inkişafına yönəlmiş layihə və proqramlar haqqında ətraflı məlumat verib.