Trend in xəbər verdiyi kimi, 2006-cı il Linares şahmat turnirinin 3-cü turunda Teymur Rəcəbov ukraynalı şahmatçı V.İvançukla qarşılaşıb və tenz bir surətdə onunla heç-heçəyə razılaşıb.
Turnirin digər 3 partiyası da analoji hesabla başa çatıb.
Beləliklə, 3 turdan sonra 0.5 xal toplayan şahmatçımız ispaniyalı F.Valyexo-Ponsla sonuncu yerləri bölüşdürür. Turnirdə 2.5 xalla rusiyalı P.Svidler və macar P.Leko liderlik edir.