...

Səhiyyə Nazirliyi Azərbaycanda iki uşağın "quş qripi"ndən ölməsi ilə bağlı yayılan məlumatı təkzib edir

Cəmiyyət Materials 21 Fevral 2006 18:06 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi bir sıra KİV-də Pirallahı adasında iki uşağın "quş qripi"ndən vəfat etməsi ilə bağlı yaydığı məlumatı təkzib edir. Bu barədə Trend nazirliyin fevralın 21-də yaydığı məlumata istinadən bildirir.

Pirallahı adasında yaşayan iki uşaq - İnarə və Tükəzban Qasımova bacıları fevralın 12-də 7 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasına yüksək hərarət, kataral əlamətlərlə daxil olublar. Lakin epidemik sorğu nəticəsində xəstələrin quşlarla təmasda olmadıqları və quş əti yemədikləri məlum olub. Xəstələrdə kəskin respirator virus infeksiyasının simptomları olub. Həkimlər tərəfindən xəstələrə müvafiq müalicələr göstərilib və bundan sonra uşaqların vəziyyəti getdikcə yaxşılaşıb. Onlar hazırda evdədir.

Fevralın 15-də baş həkim Əfəndiyevdən alınmış məlumata əsasən, xəstələrin vəziyyəti normaldır.

Xəbər lenti

Xəbər lenti