...

ABŞ Azərbaycan hökumətinin din sahəsindəki şəffaf siyasətindən məmnundur

Cəmiyyət Materials 22 Fevral 2006 20:15 (UTC +04:00)

ABŞ Azərbaycan hökumətinin din sahəsində apardığı şəffaf siyasətdən razıdır. Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət komitəsində Trend ə bildirilib ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi və iqtisadi məsələlər üzrə katibi Coan Polasçik Dövlət komitəsinin sədri Rafiq Əliyevlə görüşündə bəyan edib.

Görüşdə Azərbaycandakı dini vəziyyət, əqidə və vicdan azadlığının təmin edilməsi məsələləri müzakirə edilib. O, bəyan edib ki, ABŞ hökuməti İslamın siyasiləşməsi və dini ekstremizmin artmasından narahatdır. Diplomat həmçinin qeyd edib ki, ABŞ vətəndaşların dini etiqad azadlığı kimi hüquqlarına zərər verə biləcək addımların atılmasının tərəfdarı deyil.

R.Əliyev bəyan edib ki, Azərbaycanda dini sabitliyin təmin edilməsi Dövlət komitəsi ilə dini icmalar arasında mövcud etimad atmosferi ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanın dini strukturlarının Məhəmməd Peyğəmbərin karikaturalarına göstərdiyi sivil reaksiya dövlət qurumlarının dini icmalarla sıx əməkdaşlığının nəticəsidir.

Xəbər lenti

Xəbər lenti