...

Milli Təhlükəsizlik Nazirliyi "Samir Əsgərxanov adına mükafat" üzrə müsabiqə elan edib

Cəmiyyət Materials 1 Mart 2006 17:19 (UTC +04:00)

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr Mərkəzi jurnalist Samir Əsgərxanov adına mükafat üzrə müsabiqə elan edib. Trend in məlumatına görə, müsabiqə beynəlxalq terrorçuluğu, erməni terrrorunu və təzavüzkar separatçılığını, Ermənistanın işğal etdiyi ərazilərdə xalqımıza məxsus mədəni, tarixi abidələrin dağıdılması, azərbaycanlıların soyqırımı və deportasiyası, həmçinin, digər belə təhlükəli təzahürlərlə mübarizə üzrə fəaliyyətin genişləndirilməsi məqsədi daşıyır.

Müsabiqəyə Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı ərəfəsində yekun vurulacaq. Qaliblər MTN-nin diplomu və pul vəsaiti ilə mükafatlandırılacaqlar. Müsabiqədə elmi-tədqiqat və publisistik məqalələr, kitablar, sənədli filmlər təqdim edilə bilər. Müsabiqənin şərtlərinə əsasən, 2005-ci il martın 28-dən sonra hazırlanmış, çap və nümayiş edilmiş materiallar qəbul olunacaq. Bunlar 2006-cı il martın 20-dək təqdim olunmalıdır.

I mükafat - 2400 yeni Azərbaycan manatı (YAM), II mükafat - 2000 YAM, III mükafat - 1600 YAM həcmindədir. Həvəsləndirici mükafat 1000 YAM-dır.

Xəbər lenti

Xəbər lenti