...

Azərbaycan ombudsmanı Buxarestə dəvət olunub

Cəmiyyət Materials 10 Mart 2006 14:58 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova martın 14-də Buxarestdə keçiriləcək "Dinlərarası dünyada qadının rolu" beynəlxalq simpoziumuna dəvət olunub. Bu barədə Trend ə Azərbaycanın Ombudsman Aparatından məlumat verilib.

Simpozium YUNESKO-nun təşəbbüsü ilə Rumıniya-Türkiyə Ticarət-Sənaye Palatasının iştirakı ilə təşkil olunub. Simpozium dinlər arasında qarşılıqlı hörmətə və etimada həsr olunub. Bu beynəlxalq tədbirdə məşhur qadın liderlər, insan haqları üzrə ekspertlər iştirak edəcəklər. Simpoziumda azərbaycanlı ombudsman çıxış edəcək və tədbir iştirakçılarını tolerantlıq və dini dözümlülük sahəsində Azərbaycanda atılan addımlar barədə məlumatlandıracaq.

Xəbər lenti

Xəbər lenti