...

Dünya Azərbaycanlılarının II qurultayı başa çatıb

Cəmiyyət Materials 16 Mart 2006 20:39 (UTC +04:00)

Martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II qurultayında qurultayın yekun qətnaməsi və müxtəlif ünvanalara beş müraciət hazırlanıb. Trend xəbər verir ki, məlum sənədlər barədə qurultayın redaksiya komissiyasının sədri, Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyevin nitqi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin hesabatı və nümayəndələrin çıxışlarının nəticəsi olaraq Dünya Azərbaycanlılarının I qurultayından ötən dövrdə xaricdəki soydaşlarımızın təşkilatlanması, onların Azərbaycanla əlaqərinin genişləndirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirildiyi qurultayın qətnaməsində öz əksini tapıb. Sənəddə eyni zamanda Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun artması, əlaqələrinin möhkəmlənməsi, regionun qüdrətli dövlətinə çevrilməsi göstərilib.

Qətnamədə bir sıra məsələlərlə yanaşı daha sonra dünya azərbaycanlılarının qurultaylarının 5 ildən bir keçirilməsi və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının ildə bir dəfə hesabat verməsi də nəzərdə tutulub.

Daha sonra qurultay adından 5 ünvana müraciət qəbul olunub. Birinci müraciət dünya azərbaycanlılarına, ikinci Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dünya dövlətlərinə və bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, üçüncü erməni vandalizmi barədə BMT-nin YUNESKO trəşkilatına, dördüncü türk-Azərbaycan diasporlarının inkişafı ilə bağlı türk dövlətlərinə və nəhayət, sonuncu müraciət isə Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanıb.

Bununla da dünya azərbaycanlılarının ikinci qurutltayı başa çatıb.

Xəbər lenti

Xəbər lenti