...

London laboratoriyası Azərbaycanın Salyan və Tərtər rayonlarındakı xəstələrdə "quş qripi" olduğunu təsdiqləyib

Cəmiyyət Materials 22 Mart 2006 17:16 (UTC +04:00)

Londonda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) laboratoriyasında aparılan tədqiqatlar Salyan rayonunun Dayıkənd və Sarvan kəndlərinin, eləcə də Tərtər rayonunun Bəyimsar kəndinin sakinlərindən götürülən nümunələrdə H5N1 "quş qripi" virusunun mövcudluğunu aşkarlanıb. Trend in məlumatına görə, bu barədə Azərbaycanın Səhiyyə Nazirliyinin martın 22-də yaydığı press-relizdə bildirilir.

Xəstəliyin aşkar olunduğu 7 xəstədən 5-i ölüb. 2 saylı Bakı uşaq kliniki xəstəxanasında müalicə keçən Dayıkənd kəndinin sakini 10 yaşlı Bəxtiyar Əsgərov, 15 yaşlı Ülkər Əsgərova sağalmaları ilə əlaqədar evə buraxılıblar.

Virusun tüğyan etdiyi ocaqlarda aparılan tədqiqatlar yoluxmanın vəhşi quşlarla təmas nəticəsində baş verdiyi məlum olub və bu fakt üzrə hüquq-mühafizə orqanlarına müvafiq müraciət təqdim olunub.

Bakıya gələn ÜST mütəxəssislərindən ibarət qrup, eləcə də klinisistlər, ekspert infeksionistlər və epidemioloqlar Səhiyyə Nazirliyinin əməkdaşları ilə birgə iş aparırlar.

Dayıkənd və Sarvan kəndlərində martın 4-dən və Bəyimsarda martın 7-dən yeni xəstələr müəyyən olunmayıb. Ocaqlarda profilaktiki və epidemiya əleyhinə tədbirlər keçirilir və xəstəlik ocaqları məhv edilir.

Xəbər lenti

Xəbər lenti