...

Moldovanın idman, təhsil və turizm naziri Bakıya gələcək

Cəmiyyət Materials 25 Mart 2006 12:26 (UTC +04:00)

Moldovanın idman, təhsil və turizm naziri Viktor Svirkun martın 26-da rəsmi səfərlə Bakıya gələcək.

Azərbaycanın Gənclər və İdman Nazirliyi mətbuat katibinin Trend ə verdiyi məlumata görə, martın 27-də Moldova və Azərbaycanın bu nazirlikləri arasında əməkdaşlıq haqqında memorandumun imzalanması gözlənilir. Sənəddə məşqçi mübadiləsi, hər iki ölkənin milli komandaları arasında Bakıda və Kişinyovda birgə oyunların keçirilməsi imkanları, o cümlədən 2008-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarına birgə hazırlıqla bağlı məsələlər öz əksini tapacaq.

Maraqlıdır ki, bu yaxınlarda Moskvaya səfəri zamanı gənclər və idman naziri Azad Rəhimov rusiyalı həmkarı Vyaçeslav Fetisovla Olimpiya oyunlarına birgə hazırlıq imkanlarını müzakirə etmişdir.

Xəbər lenti

Xəbər lenti