...

Quş qripinin qarşısının alınması üzrə Dövlət komissiyası: Son zamanlar quşların tələfatı halları kəskin azalıb

Cəmiyyət Materials 1 Aprel 2006 11:20 (UTC +04:00)

Quş qripinin yayılmasının qarşısının alınması və bu sahədə bütün strukturların fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət komissiyası səhiyyə, kənd təsərrüfatı, eləcə də ekologiya və təbii sərvətlər nazirliklərinə quş qripi ilə bağlı monitorinqin davam etdirilməsini tapşırıb.

Trend in məlumatına görə, Dövlət komissiyasının məlumatında deyilir ki, birgə keçirilən iclasda virusun yayılması ilə mübarizə məsələsi daim istər mərkəzi dövlət təşkilatlarının, istərsə də yerli orqanların diqqət mərkəzində olmalıdır.

Dövlət komissiyasının məlumatında həmçinin qeyd olunur ki, son zamanlar quşların tələfatı halları kəskin azalıb.

Xəbər lenti

Xəbər lenti