...

Hüsaməddin Rəcəbovun və Nicat Şıxəlizadənin adları WADA-nun siyahısına düşüb

Cəmiyyət Materials 8 Aprel 2006 13:33 (UTC +04:00)

Yunan-Roma güləşçisi Hüsaməddin Rəcəbovun və cüdoçu Nicat Şıxəlizadənin adları 2005-ci il üzrə yoxlamaların yekunlarını dərc edən Beynəlxalq Antidopinq Agentliyinin (WADA) siyahısına düşüb.

Trend in məlumatına görə, hesabatda bildirilir ki, dopinq sınağından idmanın 40 növü üzrə dünyanın 119 ölkəsinin 3114 idmançısı keçib və bu zaman 61 test müsbət nəticə göstərib. Onların arasında Macarıstandakı dünya çempionatı başa çatdıqdan sonra H.Rəcəbovun və qalibi olduğu Zaqrebdəki Avropa çempionatından sonra yoxlamadan keçən N.Şıxalizadənin də sınaqları var.

Eləcə də WADA tərəfindən testosteronun səviyyəsini artıran preparatın qəbulu üzrə 32 və anabolitik steroidlərin istifadəsi ilə bağlı 16 hal aşkar edib. 2004-cü illə müqayisədə testlərin sayı 1,7 dəfə və bu zaman pozuncuların sayı 2,7 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti